Azərbaycan 6-cı dəfə "FITUR" beynəlxalq turizm sərgisində (FOTO)

Azərbaycan 6-cı dəfə "FITUR" beynəlxalq turizm sərgisində (FOTO)
16:08 28 Yanvar 2015
481 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin Madriddə təmsil olunduğu “FITUR 2015” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin 28 yanvar - 1 fevral tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən "FITUR 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, həmin sektorun baş məsləhətçisi Leyla Verdiyeva, 6 yerli turizm şirkəti (Improtex travel, ENC Tours, Delta Group, Geo-travel, Atropatena travel, Regea travel) və 1 mehmanxana (Rigs hotel) nümayəndələrindən ibarət heyət təmsil olunur.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 30 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ispan dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Sərginin açılışında iştirak edən Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev Azərbaycan stendini ziyarət edib, yerli turizm şirkətləri və mehmanxanaların nümayəndələri ilə görüşüb və sərginin işində uğurlar arzulayıb.

Həmçinin sərginin ilk günü yerli turizm şirkətləri ilə İspaniyanın aparıcı turizm şirkətləri arasında işçi görüşü (work shop) keçiriləcək.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "FITUR" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 165 ölkədən 9000-ə yaxın şirkət təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR