"Qarabağ" və "Qəbələ" azarkeşlərinin diqqətinə

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" və "Qəbələ"nin ev oyunlarının vaxtında dəyişiklik edilib.

Metbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki təmsilçimizin bir ev oyunu saat 20:00-da başlayacaq.

"Qəbələ"nin III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın isə IV turda Fransanın "Monako" klubları ilə oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da deyil, saat 20:00-da start götürəcək. Bu oyunlar müvafiq olaraq 22 oktyabr və 5 noyabr tarixlərində keçiriləcək.

"Qəbələ"nin PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya), "Qarabağ"ın isə "Anderlext" (Belçika) və "Tottenhem" (İngiltərə) ilə ev oyunları isə saat 22:00-da başlayacaq.

"Qəbələ" və "Qarabağ" oyunlarını hansı tarixlərdə keçirəcəklər?

C qrupu

17 sentyabr
22:00. "Qəbələ" - PAOK
"Bakcell Arena"

1 oktyabr
00:05. "Krasnodar" - "Qəbələ"
"Kuban" stadionu

22 oktyabr
20:00. "Qəbələ" - "Borussiya" (Dortmund)
"Bakcell Arena"

5 noyabr
22:00. "Borussiya" (Dortmund) - "Qəbələ"
"Siqanal İduna Park" stadionu

26 noyabr
00:05. PAOK - "Qəbələ"
"Tumba" stadionu

10 dekabr
22:00. "Qəbələ" - "Krasnodar"
"Bakcell Arena"

J qrupu

17 sentyabr
00:05. "Tottenhem" - "Qarabağ"
"Uayt Hart Leyn" stadionu

1 oktyabr
22:00. "Qarabağ" - "Anderlext"
Tofiq Bəhramov adına respublika stadionu

22 oktyabr
22:00. "Monako" - "Qarabağ"
"Lui II" stadionu

5 noyabr
20:00. "Qarabağ" - "Monako"
Tofiq Bəhramov adına respublika stadionu

26 noyabr
22:00. "Qarabağ" - "Tottenhem"
Tofiq Bəhramov adına respublika stadionu

10 dekabr
00:05. "Anderlext" - "Qarabağ"
"Konstant Vanden Stok" stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR