Seda Sayan və verilişi tənqid olundu - video

Seda Sayan və verilişi tənqid olundu - video
17:56 7 Sentyabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Türkiyədə baş verən terror hadisəsindən sonra bəzi televiziya proqramları yayımını dayandırıb.

Axşam.az-ın məlumatına görə, "Evleneceksen Gel" verilişinin aparıcıları Seda Sayan və Uğur Aslan isə efirə üstündə "terroru lənətləyirik" yazısı olan köynəklə çıxıblar:

"İşimizdir... İçimizdən gəlməsə də, çıxıb verilişi aparmalıyıq".

Ancaq onların bu hərəkəti heç də hamı tərəfindən xoş qarşılanmayıb. Sosial şəbəkələrdə, bəzi saytlarda Seda və Uğurun bu hərəkəti qınaq obyektinə çevrilib. Aparıcılar tənqid edilərək yazılı köynəklə efirə çıxmaları "reklam" adlandırılıb:

"Ya efirə çıxma, ya da ki gündəlik geyimində çıx, başsağlığı ver... Qalanı şoudur...".

"Türk bayraqlı "terroru lənətləyirik" yazısı ilə evləndirmə verilişi apara bilməzsən, bu reytinq xatirinə edilən bir şeydir".





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR