Münxendə qaçqınları qəbul etmək imkanları tükənir

Münxendə qaçqınları qəbul etmək imkanları tükənir
18:03 7 Sentyabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin 7 sentyabr, AZƏRTAC
Münxenin əsas vağzalına gələn qaçqınların sayı gözlənildiyindən xeyli çox olub. Yuxarı Bavariyanın hakimiyyət orqanlarının rəsmi nümayəndəsi Simona Hilqersin sözlərinə görə, təkcə ötən istirahət günlərində buraya gələn qaçqınların sayı 20 min nəfərə yaxın olub. dpa agentliyi qeyd edir ki, yerli məmurlar əvvəlcə təqribən 14 min miqrant gözləyirdilər.
Qaçqınların bir hissəsi hələlik Münxendə və Bavariyada saxlanılacaq, qalanları isə başqa federal əyalətlərə göndəriləcək.
Hilqers miqrantların qəbul edilməsinin təşkili məsələsindən söhbət açaraq deyib: “Bizim imkanlarımız azalır. Aşkar görünür ki, imkanlarımız tükənmək üzrədir”.
İlkin məlumata görə bazar ertəsi, sentyabrın 7-də Münxenin əsas vağzalına daha 11 mindən çox qaçqın gəlməsi gözlənilir. “Reuters” agentliyi Yuxarı Bavariya administrasiyasının başçısı Kristof Hillenbrandın “vəziyyət çox gərgindir” sözlərini sitat gətirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Munxende_qachqinlari_qebul_etmek_imkanlari_tukenir-882741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR