"Qarabağ" və "Qəbələ"nin oyununda dəyişiklik

"Qarabağ" və "Qəbələ"nin oyununda dəyişiklik
18:05 7 Sentyabr 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" və "Qəbələ"nin bir ev oyununun vaxtı əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da başlamayacaq.

Qafqazinfo xəbər verir ki, "Qəbələ"nin III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın isə IV turda Fransanın "Monako" klubları ilə oyunları saat 20:00-da start götürəcək. Bu oyunlar müvafiq olaraq 22 oktyabr və 5 noyabr tarixlərində keçiriləcək.

"Qəbələ"nin PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya), "Qarabağ"ın isə "Anderlext" (Belçika) və "Tottenhem" (İngiltərə) ilə ev oyunları isə saat 22:00-da başlayacaq.

C qrupu
17 sentyabr

22:00. "Qəbələ" - PAOK
"Bakcell Arena"

1 oktyabr

00:05. "Krasnodar" - "Qəbələ"
"Kuban" stadionu

22 oktyabr

20:00. "Qəbələ" - "Borussiya" (Dortmund)
"Bakcell Arena"

5 noyabr

22:00. "Borussiya" (Dortmund) - "Qəbələ"
"Siqanal İduna Park" stadionu

26 noyabr

00:05. PAOK - "Qəbələ"
"Tumba" stadionu

10 dekabr

22:00. "Qəbələ" - "Krasnodar"
"Bakcell Arena"

J qrupu
17 sentyabr

00:05. "Tottenhem" - "Qarabağ"
"Uayt Hart Leyn" stadionu

1 oktyabr

22:00. "Qarabağ" - "Anderlext"
Tofiq Bəhramov adına respublika stadionu

22 oktyabr
22:00. "Monako" - "Qarabağ"
"Lui II" stadionu

5 noyabr

20:00. "Qarabağ" - "Monako"
Tofiq Bəhramov adına respublika stadionu

26 noyabr

22:00. "Qarabağ" - "Tottenhem"
Tofiq Bəhramov adına respublika stadionu

10 dekabr

00:05. "Anderlext" - "Qarabağ"
"Konstant Vanden Stok" stadionu

Qeyd: Başlama saatı Bakı vaxtı ilə göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/367566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR