Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

18:08 7 Sentyabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

12 sentyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunacaq.

Təlim zamanı uşaqlara ilin fəsilləri və onların əmələ gəlməsi barədə geniş məlumat veriləcək, həmçinin onlar ağacların ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış ediləcəklər. “Gənc ekoloqlara” təbiətin mühafizəsinin vacibliyi aşılanmaqla yanaşı, uşaqların bu prosesdə iştirak yolları da izah olunacaq.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” düzəldəcəklər.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sayca doqquzuncu təlim olan sentyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də təbiət proseslərinin və onların əhəmiyyətinin kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR