Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər xəsarət alıb

18:17 7 Sentyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 18:13 ]


Kürdəmir. Zahid Abışov – APA. Kürdəmirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 14:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

 

“İsuzu” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Sumqayıt şəhər sakini, 36 yaşlı Dünyamin Mürşid oğlu Seyidov və Şəki rayon sakini, 28 yaşlı Sakit Eyvaz oğlu Hüseynov müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR