Lənkəranlı şahmatçı beynəlxalq yarışda qızıl medala sahib olub

Lənkəranlı şahmatçı beynəlxalq yarışda qızıl medala sahib olub
18:18 7 Sentyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+


Lənkəran, 7 sentyabr, AZƏRTAC
Rusiyanın Həştərxan şəhərində keçirilən beynəlxalq şahmat yarışında Azərbaycanı Lənkəran şəhər şahmat məktəbinin 5 zəka sahibi təmsil edib.
AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif ölkələrdən 225 şahmatçı müxtəlif reytinq və yaş qruplarında mübarizə aparıb.
Doqquz turdan ibarət yarışın baş mükafatına 13 yaşadək şahmatçılar arasında Lənkəranın on bir yaşlı idmançısı Hacıəli Əhədzadə sahib olub.
Həmyerlimiz 9 oyundan 8 xal toplayaraq birinci yeri tutub və qızıl medala layiq görülüb.
Hacıəli Əhədzadəyə diplom, medal və pul mükafatı verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_sahmatchi_beynelxalq_yarisda_qizil_medala_sahib_olub-882744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR