x
Loading...

Nazir tələbələrlə görüşüb

Nazir tələbələrlə görüşüb
17:32 7 Sentyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+
.

Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris ilində təhsil almaq üçün seçilmiş tələbələrin növbəti qrupu ilə görüşüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Mikayıl Cabbarov qeyd edib ki, ildən-ilə Dövlət Proqramı çərçivəsində təhsil üçün müraciət edənlərin sayı artır. Bunun nəticəsidir ki, 2015-2016-cı tədris ili üçün keçirilən müsabiqədə seçim daha yüksək rəqabətlilik şəraitində keçib.

Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların Azərbaycanın dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ, Almaniya və Avstraliyada bakalavriat, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Kolumbiya Universiteti, Oksford Universiteti, London Kollec Universiteti, London İmperial Kolleci, Adelaida Universiteti kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Onlar əsasən, mühəndislik, yüksək texnologiyalar, kimya, təhsilin təşkili və idarəolunması kimi ixtisaslar üzrə təhsil alacaqlar.

Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015-2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel - 15 iyul 2015-ci il tarixlərini əhatə edib. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR