Prezident makedoniyalı həmkarını təbrik edib

Prezident makedoniyalı həmkarını təbrik edib
18:39 7 Sentyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTAca-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR