Xalq artisti İlham Əsgərov Masallıda dəfn edildi

Xalq artisti İlham Əsgərov Masallıda dəfn edildi
18:44 7 Sentyabr 2015
809 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti İlham Əsgərov bu gün doğulduğu Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.
 
APA-nın cənub bürosunun məlumatına görə, dəfndən öncə mərhumun ata evində cənazə namazı qılınıb.
 
Milli Dram Teatrının baş rejissoru Azər Paşa Nemət, Masallı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Nəsir Muxtarlı, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov və başqaları çıxış edərək, İlham Əsgərovun sənəti, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında fikirlərini bölüşüblər.
 
Daha sonra İlham Əsgərov kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
Qeyd edək ki, dəfn mərasimində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və aktyorun sənət dostları ilə yanaşı, cənub bölgəsinin ictimaiyyət nümayəndələri, yerli sakinlər iştirak edib. 
 
Xatırladaq ki, 1958-ci il təvəllüdlü İlham Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR