x
Loading...

Masallıda gənclər üçün nəzəri və praktik təlim kursu keçirilir

Masallıda gənclər üçün nəzəri və praktik təlim kursu keçirilir
17:53 7 Sentyabr 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Masallı, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) “Schneider Elektrik” Şirkətinin sifarişi və maliyyə dəstəyi ilə 2015-ci ilin avqust-sentyabr aylarında regionlarda gənclərin maariflənməsinə, ilkin peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsinə yönəlmiş təlim kurslarına başlayıb.
AZƏRTAC xəbər verir ki, təlim kursları pilot olaraq Şəmkir, Bərdə və Masallı rayonlarının hər birində üç gün olmaqla, hər rayonda iki qrup üzrə ümumilikdə 150 region gəncinin maariflənməsini, peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini nəzərdə tutur.
Təlim kurslarında region gənclərini elektrik enerjisi, sistemi, avadanlıqları barədə məlumatlandırmaq, bu avadanlığa texniki xidmət göstərmək, onlara elektriklə təhlükəsiz, etibarlı, səmərəli davranmaq qayda və normalarını öyrətmək planlaşdırılır. Bu isə təlim almış gənclərin əldə etdiyi bilik və təcrübi bacarıqlarını öz ailəsində, ətrafında və əhatə dairəsində praktik tətbiq etməsinə imkan yaradacaq.
Təlimlər nəticəsində gənclərinin ilkin peşə hazırlıqlarına yiyələnməsi, praktik təcrübədən istifadə etmək imkanları onların gələcəkdə öz professionallıqlarını artırmasına, mühəndis ixtisasları üzrə yüksək təhsil almalarına, ixtisaslaşmasına böyük maraq və stimul olacaq.
Bu silsilədən növbəti təlim kursu sentyabrın 7-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Açılış mərasimində “Schneider Elektrik” Şirkətinin məsul əməkdaşı Elbəy Rüstəmov, Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Qəşəm Hadıyev, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, rayon Veteranlar Şurasının sədri Məmmədağa Şirinov və ADTGT-nin sədri Asif Əsgərli iştirak ediblər.
Təlimçi Zakir Həsənov tərəfindən interaktiv metodlarla nəzəri və praktik təlimlərə başlanılıb.
Üç gün davam edəcək təlim kursunun yekununda iştirakçılara “Scheider Elektrik” Şirkəti tərəfindən sertifikatlar veriləcək, şirkət hədiyyə olaraq onları çap materialları və texniki vasitələrlə təmin edəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_gencler_uchun_nezeri_ve_praktik_telim_kursu_kechirilir-882774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR