Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir

Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir
18:58 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı Uşaq Teatrı yeni mövsümün başlanması ilə əlaqədar yeni iş planını açıqlayıb. Teatr sentyabrın 26-da mövsümün açılışına start verəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, 2016-cı il yanvarın 21-dən fevralın 1-dək İranda keçirilməsi nəzərdə tutulan 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı festivala hazırlaşır. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunacaq.
Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına və Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək. Qeyd edək ki, teatrda bu il Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Usaq_Teatri_14_cu_teatr_movsumune_start_verir-882778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR