x
Loading...
.

"Zirə": "Nurlan Novruzov ayağı sınmayıb"

"Zirə": "Nurlan Novruzov ayağı sınmayıb"
18:07 7 Sentyabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+
.

“Bakı” ilə yoxlama oyununda (4:0) "Zirə"nin hücumçusu Nurlan Novruzov zədələnərək meydanı tərk etmişdi. Fanat.az xəbər verir ki, klub futbolçu ilə bağlı açıqlama yayıb:

"Son iki gündə bununla bağlı mətbuatda bir çox xəbərlər yer alıb. “Zirə” Peşəkar Futbol Klubu olaraq ictimaiyyətə dəqiq məlumat vermək üçün futbolçunun müayinədən tam keçməsini gözlədik. Ötən gün Nurlanın ayağında şiş çox olduğuna görə həkimlər konkret söz deyə bilməmişdi. Bu gün isə Novruzov MRT müayinəsindən keçib və topuq bağında yırtıq aşkarlanıb. Hücumçumuzun ayağının sınması ilə bağlı məlumatlar isə həqiqəti əks etdirmir. Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib".

Fanat.az 

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquot-quotnurlan-novruzov-aya-snmaybquot-t43882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR