"Kəpəz"in futbolçusu: "Məşqçi nə deyirsə, onu etməliyik”

"Kəpəz"in futbolçusu: "Məşqçi nə deyirsə, onu etməliyik”
19:17 7 Sentyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvəti ilə əvəzedici heyətdən əsas komandaya çağırılan gənclər artıq “dubl”a qayıdıb. Fanat.az xəbər verir ki, əsas komandanın Yevlaxda keçirilən təlim-məşq toplanışında iştirak edən gənclər arasında Rəhman Allahverdiyev də var idi.

O, “Şəmkir”ə qarşı yoxlama oyununda da meydana çıxmışdı. Klubun mətbuat xidmətinə açıqlama verən 19 yaşlı yarımmüdafəçi əsas komandaya çağırılmasından danışıb: “Biz gənclərə etimad göstərib əsas komandaya dəvət etmişdilər. Təlim-məşq toplanışında çox şey öyrəndik. Keçdiyimiz hazırlığı normal qiymətləndirirəm. Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq. Şahin müəllim təcrübəli mütəxəssisdi, yenidən əsas komandaya dəvət alsaq, möhkəmlənmək üçün əlimizdən gələni edəcəyik”.

Rəhman Allahverdiyev üç ildi ki, “Kəpəz”in şərəfini qoruyur. Allahverdiyev bundan əvvəlki iki mövsümdə “sarı-göylər”in heyətində birinci divizionda çıxış edib. Universallığı ilə seçilən futbolçu müdafiə və yarımmüdafiə xəttində oynaya bilir: “Hər bir futbolçunun aruzusu elitada çıxış etmək, əsas heyətdə oynamaqdı. Bizə verilən şansdan maksimum istifadə edib özümüzü doğrultmalıyıq. Meydanda məni məşqçilər ayrı-ayrı mövqelərdə sınayıb. Harada uyğun görüblərsə, orada da layiqincə oynamağa çalışmışam. Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdı. Məşqçi nə deyirsə, onu etməliyik”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-futbolcusu-quotmqci-n-deyirs-onu-etmliyik-t43884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR