Cəbhədə gərginlik: Güllə başımın üstündən keçdi (VİDEO)

Cəbhədə gərginlik: Güllə başımın üstündən keçdi (VİDEO)
19:26 7 Sentyabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Təmas xəttinə yaxın ərazilərdə vəziyyət hələ də gərgin olaraq qalır. Əhali hər şeyə rəğmən doğma torpaqlarını tərk etmək istəmir.

ANS TV-nin məlumatına görə, Koxanəbi kəndi Ermənistan ordusunun mövqelərindən açıq-aydın göründüyündən hədəfə çevrilmə riski böyükdür. Bir neçə gündür intensiv atəşə tutulan sakinlər isə evlərin işığını da yandırmağa ehtiyyat edir. Gecənin zülmətində görünən yalnız bir-iki evdir. O da qarşı tərəfin mövqelərinə əks istiqamətdə yerləşir.

Sakinlər gecə yarısında kəndin yollarında işığı yandırmadan hərəkət etmək məcburiyyətindədir.

Koxanəbi sakinləri də Əlibəylidə olduğu kimi bir neçə gündür səhəri atəş səsləri ilə açır.

“Yolla gəlirdim, güllə atdılar yıxıldım. Güllə başımın üstündən keçdi. Başım isə daşa dəydi, suyun içindəyəm”, - deyə kənd sakini bildirib.

Qarşı tərəf kənddə gördüyü hər kəsi hədəfə aldığından görünən ərazilərdə daha ehtiyatlı hərəkət etmək zərurəti yaranır.

Səhər saatlarından etibarən Ermənistan ordusu, yarım saatdır kəndi atəşə tutub. Sakinlərdə səhər tezdən evlərdən çıxmağa ehtiyyat edir. Açıq sahələrdə gəzməməyə çalışırlar.

Bir neçə dəqiqə kəndə atəş açan Ermənistan ordusu, hərbçilərimiz tərəfindən açılan atəşlə susdurulur. Hər dəfə davam edən belə vəziyyət isə kənd sakinlərinə maddi ziyan vurur.

Sakinlər evlərin dam örtüyünü tez-tez dəyişdiklərini deyirlər. Kəndə ki, bütün evlərdə isə güllə izlərinə rast gəlmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR