Yeni mövsümdə yeni tamaşa

Yeni mövsümdə yeni tamaşa
19:31 7 Sentyabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər il Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində tamaşaçılarına dünya şöhrətli klassik bəstəkarların yeni tamaşasını təqdim edəcək.

Axşam.az-ın məlumatına görə, teatr ənənəsinə sadiq qalaraq builki festival çərçivəsində - sentyabrın 23-də Cakomo Puççininin “Manon Lesko” operasını səhnələşdirəcək.

Tamaşa konsert ifasında səslənəcək. Tamaşanın premyerasında Xalq Artisti Samir Cəfərov (Kavaler de Qrie), Əməkdar artistlər Afaq Abbasova (Manon Lesko), Əkrəm Poladov (Qeront), həmçinin solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.

“Manon Lesko” Puççini yaradıcılığının ən parlaq nümunələrindən biridir. Opera ilk dəfə 1893-cü ildə Turində səhnəyə qoyulub. Operanın librettosunu Avropada çox populyar olan Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi” kitabının motivləri təşkil edir. Opera sənətinin incilərindən sayılan “Manon Lesko” operası hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarını bəzəyir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR