x
Loading...
.

Moskvada “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək

18:37 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

[ 07 Sentyabr 2015 19:33 ]

Forumda Azərbaycanın nümayəndələri iştirak edəcəklər

Moskva.Fərid Əkbərov – APA. Senbtyabrın 14-də Rusiya paytaxtında “İpək yolu”  İkinci Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, forumda 16 ölkənin, Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin, o cumlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər.

Forumun əsas mövzusu “Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində əməkdaşlıqda birgə layihələrin işlənilməsi”dir.  Forumun yekununda dövlətlərarası yeni strukturun- “İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı”nın yaradılması haqqında saziş imzalanacaq.

Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların “Bizim yolumuz arzularadır” («Naş putğ k meçte») adlı sərgisi də keçiriləcək.

Qeyd edək ki, “İpək yolu”  İkinci Beynəlxalq Mədəniyyət Forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/396006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR