Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri irimiqyaslı təlimlər barədə məlumatlandırılıb

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri irimiqyaslı təlimlər barədə məlumatlandırılıb
19:48 7 Sentyabr 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Zakir Həsənovun tapşırığına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazır olma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başlayan komanda qərargah hərbi oyunları haqqında görüş iştirakçılarına məlumat verib. Oyunların keçirilmə müddəti və məqsədi, təlimlərdə iştirak edən şəxsi heyətin sayı, cəlb olunan zirehli texnika, aviasiya vasitələri, digər qurğu və sistemlərin miqdarı, eləcə də bu mövzuda digər məsələlər xarici ölkələrin hərbi nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə qoşunların təmas xəttindəki son durum, qarşı tərəfin vəziyyəti gərginləşdirmək məqsədilə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı təxribatları, Silahlı Qüvvələrimizin bölmələrinin qısa müddətdə düşmənə vurduğu cavab zərbləri, Ermənistan silahlı qüvvələri bölmələrinin çoxsaylı itkiləri və digər məsələlər barədə ətraflı məlumat verilib.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, dünya ictimaiyyətinin bu məsələyə göz yumması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsinə hazır olması bir daha hərbi attaşelərin diqqətinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_akkredite_olunmus_xarici_dovletlerin_herbi_attaseleri_irimiqyasli_telimler_barede_melumatlandirilib-882803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR