Təhsil Nazirliyində Bakı şəhərindəki məktəblərə yeni təyin olunmuş direktorlarla görüş keçirilib

Təhsil Nazirliyində Bakı şəhərindəki məktəblərə yeni təyin olunmuş direktorlarla görüş keçirilib
20:18 7 Sentyabr 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərindəki ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
Artıq iki ildir ki, paytaxtın ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə çalışmaq istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin yekun qiymətləndirilməsi aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, sentyabrda isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Bununla da, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357-yə çatıb.
Görüşdə təhsil naziri Mikayıl Cabbarov rəqabətli və şəffaf seçimdən keçərək direktor təyin olunmuş məktəb idarəedənlərinə böyük ümidlər bəsləndiyini söyləyib, onlara tövsiyələrini verib. Nazir bildirib ki, tədris mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə yeni təyin olunmuş direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir məktəbin qarşısında duran hədəfləri dəqiq müəyyənləşdirmək lazımdır.
Nazir son üç ildə ölkə təhsilində akademik göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını da vurğulayıb.
Xatırladaq ki, 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil Nazirliyi Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, həmçinin UNİSEF ilə əməkdaşlıqda 162 nəfərə təlim keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyinde_Baki_seherindeki_mekteblere_yeni_teyin_olunmus_direktorlarla_gorus_kechirilib-882820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR