Bakı, 28 yanvar, AzərTAc
2014-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 21,8 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, orta hesabla gündə 592 vaqon yüklənib, 608 vaqon boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22 min ton, Qərb istiqaməti üzrə 6,8 min ton və Cənub istiqaməti üzrə 5,4 min ton yükləmə işi yerinə yetirilib.