“Heç vaxt belə bir addım atmaram” – Rövşanə

“Heç vaxt belə bir addım atmaram” – Rövşanə
16:36 28 Yanvar 2015
370 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Rövşanə Bektaşi plastik əməliyyata qarşı çıxıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “İncə+” verilişində heç vaxt silikon tərəfdarı olmadığını deyib:

“Qadınlar əks cinsin diqqətini cəlb etmək istəyirlər. Amma kişilər arasında sorğu aparsaq, 80 faizi silikonun tərəfdarı olmayacaq. Gedirlər budlarına, dodaqlarına, sinələrinə silikon qoydururlar. Heç vaxt belə bir addım atmaram. İndiyə kimi heç bir süni gözəllikdən istifadə etməmişəm. Təkcə saçlarıma rəng qoyuram. Süni nələrisə üstümdə gəzdirə bilmərəm. Hətta illərdir eyni saç düzümündəyəm. Süni saç belə qoydurmuram. Mən üstümdə yad nə iləsə yata bilmərəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR