Zərdab rayonunda çəltik əkininə hazırlıq işləri aparılır

16:38 28 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 28 yanvar, Adil Ağayev, AzərTAc
Zərdab rayonunda son illər çəltikçiliyə maraq xeyli artırılıb. Bunun nəticəsidir ki, 2013-cü ilə nisbətən ötən il əkin sahələri 4 dəfədən çox genişlənib. Məhsul istehsalı da 4,3 dəfə artaraq 115 tona çatıb.
AzərTAc xəbər ki, hazırda çəltikçiliklə daha çox məşğul olunan ərazilərdə, o cümlədən Məlikli, Burunlu kəndlərində sakinlər yaz əkinlərinə ciddi hazırlıq işləri görürlər.
Qeyd edək ki, aprel-may aylarında əkin kampaniyası aparılacaq. Artıq kifayət qədər şum qaldırılıb, hamarlama işləri aparılıb. Hazırda sahələrdə tirə işləri həyata keçirilir. Cari mövsümdə rayonda çəltik əkini sahələrinin azı 70 hektara çatdırılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdab_rayonunda_cheltik_ekinine_hazirliq_isleri_aparilir-828078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR