Dünya ölkələrində təcrübə keçən azərbaycanlı gənclərlə bağlı yeni layihəyə başlanılıb

Dünya ölkələrində təcrübə keçən azərbaycanlı gənclərlə bağlı yeni layihəyə başlanılıb
13:52 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 13:46 ]

Bakı. Musa Əhmədov – APA-Economics. İNDEX-Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi gənclərlə bağlı yeni layihəyə start verib.

 

İNDEX-dən “APA-Economics”ə verilən məlumata görə, layihənin məqsədi istedadlı azərbaycanlı gəncləri üzə çıxarmaq, onların dünyanın müxtəlif ölkələrində təqdim olunan təqaüd proqramlarından yararlanmasına  yardımçı olmaqdır.

 

Layihə INDEX tərəfindən dəstəklənən təcrübə proqramına və bu proqramdan yararlanan gənclərə həsr olunub. Belə ki, gənclər proqramdan necə yararlandıqları və qazandıqları təcrübə haqqında fikirlərini paylaşırlar. Layihə çərçivəsində təcrübə proqramı iştirakçılarının fikirləri hər həftə video çarx şəklində ictimaiyyətə təqdim olunur.


Layihənin ilk iştirakçısı İstanbul Texniki Universitetinin kimya mühəndisliyi ixtisası üzrə tələbəsi Səbinə Əbdülrəhim olub. O, BP-nin Sunbury ofisində qazma mühəndisliyi sahəsində təcrübə keçib. "BP-nin Böyük Britaniyadakı ofisində digər ölkələrdən təcrübə proqramına tələbələr cəlb olunmur. Biz tamamilə fərqli bir proqramla və fərqli şərtlərlə orada iştirak etdik ", - deyə S.Əbdülrəhim bildirib.

 

Qeyd edək ki, 2013-cü ilin aprel ayında qurulmuş və birillik fəaliyyəti zamanı azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olan AzeDer yeni tədris ilindən etibarən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq fəaliyyətini davam etdirir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR