Təhsil Nazirliyi: "Azərbaycanda ilk dəfə olaraq..."

Təhsil Nazirliyi: "Azərbaycanda ilk dəfə olaraq..."
13:54 27 Dekabr 2014
106 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda  ilk dəfə 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Dövlət proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni dövlət proqramı hazırlanır.

Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına bir sıra dəyişikliklər edilib. Müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcək.

 

Dövlət proqramı təqaüdçülərini geniş ictimaiyyətə tanıdan “Gəncliyin uğur formulu” layihəsinə start verilib. Layihə çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin müsahibələri dərc olunur. Azərbaycanlı tələbələr müsahibələrində oxuduqları universitetlərdəki təhsil mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək perespektivlər barədə fikirlərini bildirirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR