Azərbaycanın məşhur zavodunda ixtisarlar başladı, səbəb isə qaranlıq...

Azərbaycanın məşhur zavodunda ixtisarlar başladı, səbəb isə qaranlıq...
16:52 28 Yanvar 2015
454 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məşhur zavodunda kütləvi ixtisarlar başlayıb. “Azərneftemaş”  ASC-nin Mingəçevir şəhərində yerləşən Maşınqayırma zavodunda xeyli sayda işçi işini itirib.

Zavodun işçilərinin Milli.Az-a verdiyi məlumata görə, zavodun təkcə mexaniki emal sahəsində ötən ay 15 nəfər işçi ödənişsiz məzuniyyətə göndərilib. Bundan başqa işdən çıxarılanlar da var. İşini itirənlərin əksəriyyəti ailəli adamlardır. Bundan başqa, poladəritmə sexində tək-tük işçi qalıb.

Məsələ ilə bağlı “Azərneftemaş”dan tutarlı cavab almaq mümkün olmasa da, bildirildi ki, ixtisarların olması həqiqətə uyğun deyil.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR