x
Loading...

İtaliya A seriyasında oynayan futbolçu rəsmən "QƏBƏLƏ"də

İtaliya A seriyasında oynayan futbolçu rəsmən "QƏBƏLƏ"də
16:59 28 Yanvar 2015
203 Ölkə
Ölkə mətbuatı
A- A+
.

“Qəbələ” İtaliya A seriyasında oynayan futbolçunu transfer edib. Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib. “Qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.


Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında BATE-yə keçib. 5 il bu komandada çıxış etdikdən sonra Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-11-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klubunun da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidə BATE-yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa təmsilçisində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.


4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR