Türkiyə mediası: Azərbaycanın strateji inkişafı dəqiq məqamları hədəfə alıb

Türkiyə mediası: Azərbaycanın strateji inkişafı dəqiq məqamları hədəfə alıb
17:03 28 Yanvar 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 28 yanvar, AzərTAc
Türkiyə mediası “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans barədə məlumatlar yayıb.
Məlumatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransda söylədiyi nitqindən fikirlər də yer alıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan neft strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsinin yüksək nəticələri qardaş ölkə mediasında maraqla təhlil olunur.
Diqqətə çatdırılır ki, Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadiyyatın bütün sahələrinin inkişafına nail olub. Bunun nəticəsidir ki, son illər dünyada tüğyan edən maliyyə böhranı və neftin qiymətinin sürətlə düşməsi ölkəyə mənfi təsirini göstərməyib.
“Azərbaycanın strateji inkişafı dəqiq məqamları hədəfə alıb” sərlövhəsi Türkiyə mediasının manşet yazısına çevrilib.
Yazıları aşağıdakı linklərdən oxumaq olar:
http://www.aa.com.tr/tr/ekonomi/457060--azerbaycan-quot-kemer-sikiyor-quot
http://enethaberci.com/sondakika-ekonomi-haberleri/petrol-azerbagcani-krize-surukluyor-840004.html
http://www.ajans34.com/ekonomi/azerbaycan-quot-kemer-sikiyor-quot-h486018.html və s.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_mediasi_Azerbaycanin_strateji_inkisafi_deqiq_meqamlari_hedefe_alib-828088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR