Paytaxt yollarında Türkiyə istehsalı olan “İsuzu” markalı avtobusların sayı artırılır

17:08 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, Ceyhun Rüstəmov, AzərTAc 
Paytaxt yollarında Türkiyə istehsalı olan “İsuzu” markalı avtobusların sayı artırılır.
Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov AzərTAc-a bildirib ki, yeni alınan müasir sərnişin avtobusları ötən il əvvəlcə 65 saylı marşrut xəttinə buraxılıb. Bu günlərdə isə 61 saylı marşrut xəttindən istifadə edən sərnişinlər də müasir avtobusların xidmətindən yararlanmağa başlayıblar. Hazırda növbədə 85 və 79 saylı marşrutlardır. Yeni avtobuslar alındıqca bu xətlərə buraxılacaq.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC artıq 70 avtobus alıb, əlavə 130 avtobusu isə birinci Avropa Oyunlarınadək paytaxta gətirəcək. “Avro 5” standartlarına cavab verən avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Yeni avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxt_yollarinda_Turkiye_istehsali_olan_Isuzu_markali_avtobuslarin_sayi_artirilir-828092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR