Sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib

Sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib
17:18 28 Yanvar 2015
617 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, Rafael Həsənov, AzərTAc
Yanvarn 28-də Olimpiya Güləş Mərkəzində sərbəst güləş üzrə Azərbaycan yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev məşqlərin gedişatını izləyib. O bildirib ki, güləş üzrə yığma komandaların (sərbəst, yunan-Roma və qadınlar arasında güləş) təlim-məşq toplanışları ilin əvvəlindən keçirilir, gələn həftə onlar müxtəlif yarışlara qatılacaqlar. Həmin yarışları Avropa oyunlarına hazırlıq kimi qiymətləndirmək olar.
Namiq Əliyev Avropa Oyunlarında Rusiya yığmasını Azərbaycan yığmasının əsas rəqibi sayır. O hesab edir ki, idmançılarımızın hazırlığı üçün kifayət qədər iş görülüb və onlar qarşıdan gələn yarışlarda uğur qazana bilərlər.
N.Əliyev bildirib ki, təkcə Avropa Oyunlarında deyil, həm də bu il Las-Veqasda keçiriləcək güləş üzrə dünya çempionatında yaxşı nəticələr göstərmək üçün imkanlarımızı düzgün hesablamaq lazımdır.












Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serbest_gules_uzre_Azerbaycanin_yigma_komandasinin_metbuat_uchun_achiq_mesqi_kechirilib-828099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR