Elvin: "Xanımımı qısqanıram"

Elvin: "Xanımımı qısqanıram"
17:21 28 Yanvar 2015
328 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elvin Abdullayev həyat yoldaşını qısqandığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan ifaçı aralarında bununla bağlı mübahisələr düşmədiyini bildirib:

“Sevgi olan yerdə qısqanclıq mütləqdir. Bəzən elə olur ki, ifrat dərəcəyə çatır və boşanmaya gətirib çıxarır. Deyirlər nişanlananda qısqanclıq bir az, toydan sonra bir az, övladdan sonra isə tamamilə azalır. Amma məncə yalandır. Mən xanımımı hələ də qısqanıram. Ancaq bu, ifrata varacaq qədər deyil. Aramızda əvvəlki kimi sevgi var, buna görə də qısqanclıq hələ də eyni dərəcədədir”.

Qeyd edək ki, Elvin Abdullayev “Şarm” verilişinin rejissoru Afət Abdullayeva ilə ailəlidir. Cütlüyün Tuncay adlı bir oğlu var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR