Roza Zərgərli filmə çəkilir

Roza Zərgərli filmə çəkilir
17:31 28 Yanvar 2015
294 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Roza Zərgərli Şahin Zəkizadənin rejissoru olduğu komediya janrında lentə alınmış “100 kağız” adlı filmdə baş rollardan birində çəkilib.

Bu haqda rejissor Axşam.az-a açıqlamasında deyib:

“Filmin əsas süjet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır: həkim, yol polisi, müğənni, falçı, molla və başqaları".

Ekran işində həmçinin, xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam və digərləri çəkiliblər.

Filmin əsas çəkilişləri fevralın 1-də başlayacaq. Martın 15-də isə Nizami Kino Mərkəzində təqdimetmə mərasimi keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR