Heydər Əsədov Rusiyanın karantin nəzarətində olan məhsulların idxalına qadağa qoyması məsələsinə münasibət bildirib

14:07 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 14:05 ]

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyanın karantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulması məsələsinə münasibət bildirib.

 

APA-Economics”in məlumatına görə, H. Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyada rublun ucuzlaşması prosesi başlayana qədər Azərbaycan kənd təsərrüfatı məhsul istehsalçıları bu bazarda xüsusi yer tutub.

 

Onun sözlərinə görə, ilin əvvəlindən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi dəyər ifadəsində 17% artıb: “Amma Rusiyadakı son vəziyyət Azərbaycan məhsullarının bu bazara ixracına marağı azaldıb. Bu gün rublun dəyəri kəskin olaraq dəyişir. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi, sabah bazarda hansı qiymətlərlə satılacağını bilmədən bazara çıxardılması müəyyən risklər yaradır”:

 

Nazir qeyd edib ki, son bir neçə gün ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında azalma müşahidə olunur: “Bu da təbii haldır. Çünki, istehsalçılar belə vəziyyətdə məhsullarını yerli valyutanın sabit olmadığı yerlərdə satışa çıxarmaq istəmirlər. Bu vəziyyət bizim yerli bazarlarda qiymətlərin ucuzlaşmasına səbəb olub. İxracın azalması kimi meyllər olsa da, burada ciddi təhlükə yoxdur”.

 

Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı istehsalçılarının Rusiya bazarlarında möhkəmlənmiş yerləri və sabit kanalları var və bu azalma təhlükəli həddə deyil. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR