x
Loading...

"Elnur oğrudur" - qalmaqal

"Elnur oğrudur" -  qalmaqal
17:36 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Stilist Anar Ağakişiyev həmkarlarını tənqid edib.

Axşam.az-ın lent.az-a istinadən xəbərinə görə, A.Ağakişiyev deyib ki, ondan sonra stilist olanların əksəriyyəti oğrudur:

“İndi bir çox stilistlər özlərinə "nömrə bir" deyir. Amma həmin adamlardan soruşmaq istəyirəm ki, bu adı sizə kim verdi? Heç kim. Özlərinə "nömrə bir" adını qoyublar. Telekanalda titr yazan, indi özünə stilist deyir. Ad çəkə bilərəm. Məsələn, stilist Elnur Həsənov... Dostumdur, amma oğrudur. Onunla birgə “Eurovision” müsabiqəsində çalışırdıq. Müsabiqə zamanı nəsə göstərdim, dedi ki, “Hə, mən bunu bilirdim”. Belə olanda əsəbiləşirəm. Axı bilirdin, niyə etmirdin? Mənim işlərimə baxırlar, öyrənirlər, amma boyunlarına almırlar. Bunu əminliklə deyirəm ki, yeni çıxanların əksəriyyəti mənim işlərimdən bəhrələnir. Məndən sonra min dənə Anar adında stilistlər peydə olub. Hamısı da adını qoyub Anar. Bəlkə də araşdırsan, sənədində Anar adı yoxdur. Bilinmir ki, rəsmi sənəddə adları nədir. Buna görə də bir çox həmkarlarımla küsülüyəm”.
 
Qeyd edək ki, stilist Elnur Hasanov hazırda müğənni Röya Ayxanla çalışır

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR