Apple şirkətinin rekord rüblük gəliri: 18 milyard dollar

Apple şirkətinin rekord rüblük gəliri: 18 milyard dollar
17:38 28 Yanvar 2015
296 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
ABŞ-ın Apple korporasiyası keçən il dekabrın 27-də başa çatan 2014-2015-ci maliyyə ilinin birinci rübündə 74,5 milyon iPhone smartfonları sataraq rekord gəlir əldə edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 29,5 faiz çoxdur.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, həmin dövrdə korporasiyanın xalis gəliri 18 milyard dollara çatıb. Keçən il isə bu məbləğ 13,1 milyard dollar təşkil etmişdi.
2015-ci maliyyə ilinin ikinci rübündə isə şirkət 52-55 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Eyni zamanda, həmin dövrdə korporasiyanın əməliyyat xərclərinin 5,4-5,5 milyard dollar olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Apple_sirketinin_rekord_rubluk_geliri_18_milyard_dollar-828110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR