Play Store

Seminarda elmi mövzu üzrə məruzə dinlənilib

Seminarda elmi mövzu üzrə məruzə dinlənilib
17:43 28 Yanvar 2015
234 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin diferensial tənliklər şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Nigar Aslanovanın elmi məruzəsi dinlənilib.
Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqinə həsr edilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seminarda_elmi_movzu_uzre_meruze_dinlenilib-828115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR