Azərbaycanlı şairin kitabı Küveytdə ərəb dilində çap olunub

Azərbaycanlı şairin kitabı Küveytdə ərəb dilində çap olunub
17:43 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə şair Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı “İgid əsgər möhkəm dayan” şerlər kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərəfindən ərəb dilinə tərcümə edilərək nəfis tərtibatla bu ölkənin məşhur “Əl-Risalə” mətbəə evində çap edilib.
Səfirlikdən AzərTAc-a bildirilib ki, həmin mətbəədə, həmçinin Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə əlavə olaraq dahi şairin həyat və yaradıcılığından bəhs edən ərəb dilində, rəngli və nəfis tərtibatlı kitabça hazırlanaraq nəşr olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_sairin_kitabi_Kuveytde_ereb_dilinde_chap_olunub-828112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR