AMEA-da Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramının icrası haqqında məruzə edilib

18:02 28 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 17:56 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası haqqında məruzə edib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, o bildirib ki, müstəqillik dövründə sənayenin inkişafına, ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar sənayenin digər sahələrinin də yenidən canlanmasına təkan verib. Azərbaycanda sənayeləşmə templəri yüksəlib, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, nəticədə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni mərhələdə mövcud potensialdan daha səmərəli istifadə etməklə ölkəmizin regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb və prezidentin sərəncamı ilə təsdiq edilib.

 

Dövlət Proqramında digər dövlət qurumları ilə yanaşı, AMEA-nın da qarşısında mühüm vəzifələr qoyulub. Rəyasət Heyətinin iclasında Dövlət Proqramının icrası ilə əlaqədar AMEA-ya tapşırılmış vəzifələrin icrasını təmin etmək məqsədilə akademiyanın elmi bölmələrinə dair bir sıra qərarlar qəbul edilib. AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinə AMEA-nın elmi bölmələrindən daxil olan məlumatları müəyyən olunmuş formada tərtib edərək müvafiq dövlət qurumlarına təqdim etmək tapşırılıb.

 

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR