Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

18:02 28 Yanvar 2015
264 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 17:56 ]

Bakı – APA. Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmaq qərarına gəlib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Aİ ölkələri xarici işlər nazirlərinin yanvarın 29-da keçiriləcək fövqəladə görüşündə mart ayından etibarən sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul olunacaq. Toplantıda Rusiyanın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyaların tətbiqi haqda qərar veriləcəyi də gözlənilir.   

 

Xatırladaq ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından sonra bu ölkəyə sanksiyalar tətbiq edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR