Ziya Məmmədovun "qoçu"ları bunu da etdi: döydükləri sürücü özünü yandırdı

Ziya Məmmədovun "qoçu"ları bunu da etdi: döydükləri sürücü özünü yandırdı
18:05 28 Yanvar 2015
470 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Nəqliyyat Nazirliyinin işçilərinin insanlığa sığmayan hərəkəti dəhşətli sonluqla bitib. Bu gün saat 17 radələrində Nəqliyyat Nazirliyinin işçiləri metronun "20 yanvar" stansiyasının yaxınlığında avtobus sürücüsünü amansızlıqla döyüblər. Əsəbləşən sürücü isə üzərinə benzin tökərək özünə od vurub.

Hadisə şahidləri Milli.Az-a gördüklərini belə nəql etdilər: “Təxminən 35 yaşında olan oğlan mikroavtobusla Sumqayıta adambaşı 50 qəpikdən adam toplayırdı. Biri mülki, digəri isə formada olan nəqliyyatçılar onun üstünə gələndə, sürücü avtobusa minib qaçmaq istədi. Lakin onlar sürücünü tutaraq yerə yıxıb təpiklədilər. Qan içərisində olan sürücü isə özünə od vurdu. Nəqliyyat Nazirliyinin işçiləri yanğın əleyhinə olan balonla onu söndürdülər, sonra isə qaçdılar”.

Təcili yardım maşını ilə yaralı xəstəxanaya aparıldı. Bundan sonar insanlar toplaşaraq etiraz etdilər. Hətta nəqliyyat naziri Ziya Məmmədovun da hadisə yerinə gəlməsini tələb etdilər.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR