“Atletiko Madrid”dən İlham Əliyevə təbrik

“Atletiko Madrid”dən İlham Əliyevə təbrik
14:16 27 Dekabr 2014
133 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Atletiko Madrid” klubunun baş icraçı direktoru Migel Angel Gil Azərbaycan prezidenti İlham Əliyevi bir necə gün öncəki ad günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:

"Sizi doğum gününüz münasibətilə klubumuzun və “Atletiko Madrid” ailəsinin bütün üzvləri adından təbrik etmək istərdik.

Yola salmağa hazırlaşdığımız 2014-cü il klubumuz üçün xoş xatirələr və İspaniya Liqasında, Super Kubokda, UEFA Çempionlar Liqasında qazanılan uğurlarla dolu möhtəşəm, tariximizin ən gözəl illərindən biri olub.

Bütün bu nailiyyətlər bizə Sizin gözəl ölkənizi dünyanın 250 milyon əhalisinə təqdim etmək imkanı verib. Bütün azarkeşlərimiz “Atletiko”nun dəyərlərini Azərbaycan ilə əlaqələndirirlər - ambisiyalarla birgə səylər və gərgin iş xəyalları reallaşdırmağa imkan verir.

Biz həqiqətən də bununla fəxr edirik və bu uğuru Sizinlə,Azərbaycan xalqı ilə bölüşmək istəyirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə daim minnətdar olacağıq və Azərbaycanın gözəlliklərini dünyaya yaymağa davam etməkdə qətiyyətliyik".

Migel Angel Gil fürsətdən istifadə edərək Dövlət başçısını, ailəsini və Azərbaycan xalqını Milad bayramı və Yeni il münasibətilə təbrik edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=316599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR