Bakıda sürücü özünə od vurdu

Bakıda sürücü özünə od vurdu
18:21 28 Yanvar 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişlərinin onu döyməsindən sonra özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, bu gün saat 17 radələrində baş verən hadisənin şahidlərinin bildiriblər ki, metronun "20 yanvar" stansiyasının yaxınlığında avtobus sürüsücü amansızlıqla döyülüb. Əsəbləşən sürücü isə üzərinə benzin tökərək özünə od vurub.

Nəqliyyat Nazirliyinin işçiləri olduqları iddia edilən şəxslər yanğın əleyhinə olan balonla onu söndürərək, hadisə yerindən qaçıblar.

Ağır yanıq xəsarətləri alan sürücü Respublika Yanıq Mərkəzinə aparılıb.

Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, intihara cəhd edən şəxs 39 yaşlı Arzuman Həzərxan oğlu Hümbətovdur.

Xəstəxanadan verilən məlumatda deyilir ki, A. Hümbətovun vəziyyəti ağırdır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR