Stolüstü tennis üzrə “TOP-16” turniri başa çatıb

Stolüstü tennis üzrə “TOP-16” turniri başa çatıb
18:23 28 Yanvar 2015
621 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Yanvarın 28-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində keçirilən stolüstü tennis üzrə “TOP-16 turniri” başa çatıb.
Federasiyadan AzərTAc-a bildiriblər ki, iki gün davam edən turnir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
Qadınlar arasında şəxsi yarışlarda Rüfət Quliyeva birinci, Denq Simenq ikinci və Çuyi Zoo üçüncü yerləri tutublar.
Kişilər arasında isə Ramin Cəfərov birinci, Fərhad İsmayılov ikinci və Xəyal Həşimli üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim edilib.
Turnirin bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək bildirib ki, fevralın 6-dan 8-dək Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Avropa TOP-16” Kuboku uğrunda yarışlar Azərbaycanda keçiriləcək. Bununla əlaqədar olaraq hazırlıq işləri aparılır. F.Məmmədov, həmçinin son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən də bəhs edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennis_uzre_TOP_16_turniri_basa_chatib-828134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR