Sabahdan yağıntılar kəsiləcək

Sabahdan yağıntılar kəsiləcək
18:41 28 Yanvar 2015
239 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın son günlərində Azərbaycanda hava şəraitində kəskin dəyişikliyin olacağı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR