“Yaşıl market”lər gələcəkdə Azərbaycanın bütün şəhərlərində yaranmalıdır

18:53 28 Yanvar 2015
191 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində söyləyib.
Dövlətimizin başçısı deyib: “Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür.
“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yasil_marketler_gelecekde_Azerbaycanin_butun_seherlerinde_yaranmalidir-828150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR