Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq

18:53 28 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər.
Dövlətimizin başçısı deyib: “Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun”.
Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz.
Artıq o yerlərin müəyyən edildiyini bildirən dövlətimizin başçısı diqqətə çatdırıb ki, indi Azərbaycanda aqroparklar tikilir. Şəmkirçay su anbarının açılışı günü aqroparkın təməl daşı qoyuldu. Nə üçün? Çünki Şəmkirçay su anbarı tikildi. Şəmkirçay su anbarı tikilməsəydi, orada aqroparkı heç kim tikməzdi. Çünki su olmayan yerdə hansı aqropark ola bilər. Ona görə bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Aqroparkların tikintisi geniş vüsət almalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehraya_benzeyen_yerler_gul_chichek_bostan_bag_olacaq-828149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR