Sədaqət Vəliyeva: Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir
19:38 28 Yanvar 2015
672 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

“2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev ötən müddət ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatladı. Məhz bu gün də Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır: “Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımları və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır”.

Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyevin yanvarın 27-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: “Prezident İlham Əliyev konfransda özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edib ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. “Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir”, - deyən Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur”.

“Məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçılarıdır”, - deyən S.Vəliyeva onu da əlavə edib ki, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir: "Çünki hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2358276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR