Azərbaycanlı rejissor Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatına layiq görülüb

Azərbaycanlı rejissor Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatına layiq görülüb
19:38 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş qərargahında keçirilən mərasimdə ekologiya haqqında qısa filmlər üzrə “tvebiomovies 2014” yarışmasının qaliblərinin adları açıqlanıb.
AzərTAc AYİB-ə istinadən xəbər verir ki, yarışmanın 3 qalibi arasında azərbaycanlı rejissor Hüseyn Qulamov da var. Rejissor “Acgözlük” (Greed) adlı qısa filmlə bərpa olunan enerji kateqoriyasında qalib elan edilib. Qaliblər AYİB-in 1500 ABŞ dolları məbləğində mükafatına layiq görülüblər.
Mükafatı H.Qulamova AYİB-in xarici əlaqələr şöbəsinin rəhbəri Antoni Vilyams təqdim edib. H.Qulamovun filmi Youtube sosial şəbəkəsində 31 min 700 baxışla Çili və Meksikanı təmsil edən iştirakçıları qabaqlayıb.
AYİB bərpa olunan enerji mənbələri və onların dünyadakı yeri ilə bağlı fikirlərin yaradıcı və yenilikçi üsulla çatdırıldığı kateqoriyalar üzrə 3 mükafata sponsorluq edir. Bu il yarışmaya, ümumilikdə, 61 ölkədən 225 müraciət daxil olub. Bu müraciətlərdən 9 finalçı seçilib və ictimai səsvermədən əvvəl bu müraciətlər əsasında filmlər çəkilib. YouTube-də ən çox baxılan film qalib elan edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_rejissor_Avropa_Yenidenqurma_ve_Inkisaf_Bankinin_mukafatina_layiq_gorulub-828164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR