Xəzərə çarə tapılır

Xəzərə çarə tapılır
14:36 27 Dekabr 2014
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzərin statusu haqqında konvensiya 2016-cı ildə imzalana bilər. Gələn il Xəzərin hüquqi statusu ilə bağlı Astanada keçiriləcək Sammitə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını istisna etmir.

ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.

O deyib: "Nəzərə alırıq ki, Astanda baş tutacaq sammitdə biz məsələnin həlli ilə bağlı razılaşa, güzəşt yolu tapa və siyasi qərarın qəbuluna nail olmaq mümkündür. Ola bilsin ki, Astana Sammitində Xəzərin hüquqi status haqqında Konvensiya imzalansın.

Onun sözlərinə görə, bu görüşdə beş iştirakçı ölkə Xəzər hövzəsinin hüquqi statusu ilə yanaşı, regionda hərbi təhlükəsizlik məsələsi ilə bağlı da müzakirələr aparacaq: "Əlbəttə, bu, iddialı məsələdir. Qazaxıstanın dövlət başçısı konkret tapşırıq verib, biz qarşıdakı Astana Sammitində bu məsələdə perspektivli siyasi yaxınlaşmaya nail olmaq üçün ən aktiv addımları atacağıq."

Nazir xatırladıb ki, Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanmaq üçün hazırlanması sahəsində bu il Həştərxanda keçirilən Sammitdə əhəmiyyətli siyasi qərarlar qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR