x
Loading...
.

Dünya üzrə “Red Bull Air Race” seriyası Abu-Dabidə keçiriləcək

Dünya üzrə “Red Bull Air Race” seriyası Abu-Dabidə keçiriləcək
19:53 28 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 28 yanvar, AzərTAc
Səmada “Formula-1” yarışının analoqu sayılan turnir fevralın 13-14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtının sahil zonasında keçiriləcək.
“Red Bull Azerbaijan” şirkətindən AzərTAc-a bildiriblər ki, “Red Bull Air Race” aerobatika üzrə idman yarışıdır. Onun meydana gəlməsi ilə yeni idman növü – daha dinamik uçuş növü, maneələrlə dolu mürəkkəb hava məkanını qısa müddətdə qət etmək məqsədi daşıyan avia-slalom formalaşıb. Səmada sərt çevrilmələr edən pilotlar xüsusi quraşdırılan və “hava darvazaları” adlandırılan 20 metr hündürlüyündə bir neçə pilondan keçərək uçuş proqramını yerinə yetirirlər.
“Air Race”də təkcə sürət deyil, həm də dəqiqlik tələb olunur. Cüzi səhv cərimə xalı ilə cəzalandırılır. Bəzən saatda 400 kilometrdən də çox sürətlə uçaraq maneələri dəf etmək pilotdan böyük məharət tələb edir. Bunu bütün dünyada vur-tut bir-iki pilot bacarır. Odur ki, iştirakçılar ciddi ilkin seçim mərhələsindən keçirlər. Bu pilotlar həqiqətən öz işinin mahir ustasıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_uzre_Red_Bull_Air_Race_seriyasi_Abu_Dabide_kechirilecek-828168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR